11 Oktyabr 2020
13:38
1668

Dövlət rəsmiləri Ermənistanın raket atəşinə tutduğu Gəncədə (FOTOLAR)

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Baş Prokuror Kamran Əliyev və digər dövlət rəsmiləri Gəncə şəhərinə səfər edib.

İslahat.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, rəsmilər oktyabrın 11-i saat 02.00-da Ermənistanın Gəncə şəhərində raket zərbəsi endirdiyi ərazidə olub, vəziyyətlə yerində tanış olublar.

H. Hacıyev və K. Əliyev hadisə və Ermənistanın dövlət terroru barədə yerli və xarici mətbuat nümayəndələrinə açıqlama veriblər.
 
İslahat.az