09 Aprel 2022
01:21
23378

Dövlət Komitəsində könüllülərlə görüş keçirilib - FOTOLAR

Gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini atırmaq, onların innovativ potensialını üzə çıxarmaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində növbəti könüllülük proqramı çərçivəsində görüş keçirilib.

İslahat.az xəbər verir ki, 7 aprel 2022-ci il tarixində könüllülərlə keçirilən ilkin görüş zamanı iştirakçılara könüllülük fəaliyyəti müddətində keçiriləcək təlimlər, görüşlər və təcrübələr haqqında məlumat verilib.

Qeyd edək ki, müsahibə əsasında seçilən gənclər növbəti iki ay müddətində Dövlət Komitəsində könüllü fəaliyyətinə cəlb ediləcəklər.

İslahat.az