30 Sentyabr 2020
17:50
1785

Düşmənin daha səkkiz döyüş texnikası məhv edildi

Son saatlarda cəbhənin müxtəlif istiqamətlərində düşmənin bir ədəd "Uraqan” yaylım atəşli reaktiv sistemi, bir ədəd "OSA” zenit-raket kompleksi, üç ədəd BM-21 "Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd piyadanın döyüş maşını və iki ədəd D-20 haubitsa-topu məhv edilib.

İslahat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
İslahat.az