30 Sentyabr 2020
15:49
1803

Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirildi - RƏSMİ

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib.

Bu barədə İslahat.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib", nazirlikdən bildirilib. 
 
İslahat.az