28 Oktyabr 2020
11:25
1340

Düşmən Tərtəri raket atəşinə məruz qoyub - MN

Humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi raket atəşinə tutmaqda davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən İslahat.az-a bildirilib ki, oktyabrın 28-da saat 10:15-də düşmən "Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonunun ərazisini atəşə tutub.

Xəsarət alanlar yoxdur.
 
İslahat.az