17 Oktyabr 2020
14:49
1727

Dünyanın susqunluğu qarşısında danışan FOTOLAR

Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərdən 3 nəfəri azyaşlıdır.

İslahat.az xəbər verir ki, Trend-in məlumatına görə, hadisə nəticəsində 13 nəfər həlak olub. Onlardan 3 nəfəri azyaşlı, 4 nəfəri qadın, 6 nəfəri isə kişidir. Hadisə nəticəsində 48 nəfər ağır xəsarətlər alıb ki, onlardan 23-ü kişi, 20-si qadındır. Xəsarət alanların 5 nəfəri isə azyaşlıdır.

Beynəlxalq ictimaiyyət Ermənistanın bu faşist terrorçu təxribatına biganə qalmamalıdır.
 
İslahat.az