16 Mart 2020
14:21
375

Dünyanın ən zənginlərinin maliyyə zərəri açıqlandı

Dünyanın 500 ən zəngin şəxsi ilin əvvəlindən 950 milyard ABŞ dolları məbləğində, yəni bütöv kapital məbləğinin 16 faizi həcmində maliyyə zərərinə uğrayıblar.

İslahat.az "Report”a istinadən bildirir ki, o cümlədən ötən cümə axşamı həmin 500 nəfərin çəkdiyi 331 milyard ABŞ dolları həcmində zərər "Bloomberg Billionaire İndex”in (BBİ – həmin şəxslərin pay sahibi olduqları şirkətlərin səhmlərinin dəyərinə görə hesablanır) 8 illik tarixində ən böyük günlük tənəzzül olub. O cümlədən Fransanın LVMH şirkətinin rəhbəri Bernar Arno 9,5 milyard ABŞ dolları, "Amazon”un sahici Ceff Bezos da 8,1 milyard ABŞ dolları "tərləyib"lər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Avropadan girişləri bir aylıq bağladıqlarını açıqlaması ilə bağlı ötən cümə axşamı ABŞ birjaları 9,5-10 faiz, Avropa birjaları isə hətta 11-16,6 faiz tənəzzül yaşayıb.

İslahat.az