05 Fevral 2019
13:48
1251

Dünyanın ən qeyri-adi yaşayış məskəni - Səma pansionatı

Dünyanın ən yüksək yaşayış mərkəzi olan Peruda adrenalin həvəskarlarını macəra gözləyir.

Bunun üçün Perunun "Sacred Valley" şəhərinə getməlisiniz.

Bu səyahət yüksəklik qorxusu olanlara məsləhət görülmür. Çünki vadinin ən yüksək zirvələrindən birinə dırmaşmalısınız. Əgər bunu bacarsanız, zirvədəki, 400 metr yüksəklikdəki şəffaf şüşə kapsulun içində yata bilərsiniz.

"Skylodge" (Səma pansionatı) kəskin hava şərtlərinə dözümlü alüminium və polikarbonatdan emal edilir. 24 mer uzunluğa, səkkiz metr enə malik bu "otaqlarda” bir yataq, bir yemək otağı, kiçik bir tualet və vanna otağı var.

Vəhşi heyvanların sizi izləməməsi üçün vanna otağında pərdə asılıb.

Qonaqların buraya dəmiryolu ilə gələ bilərlər. Ancaq 400 metrlik dağı mütləq dırmaşmaq lazımdır. Polad zəncirlərlə bu məcburi yolu aşmaq və körpüləri keçmək lazımdır.





 
İslahat.az