02 İyul 2019
16:09
1071

Dünyanın ən iri buynuzlu öküzü — FOTO / VİDEO

ABŞ-ın Alabama ştatındakı Quduotere şəhərindəki rançoda yaşayan Ponço ləqəbli öküz dünyanın ən iri buynuzlu öküzüdür.

İslahat.az xəbər verir ki, Ponço artıq "Ginnesin Rekordlar Kitabı”na düşüb. Bu vaxta qədər isə rekord 7 yaşlı Texas öküzünə məxsus idi. Onun buynuzlarının uzunluğu 323.74 sm-dir. Ponçonun buyunuzları isə 2.5 sm daha uzundur.

İlk dəfə Ponçonun buynuzlarının rekord potensialını sahibi Poupovlar ailəsi öküzün 4 yaşı olanda görüb. Onun buynuzları yuxarı burulmur, yanlara doğru inkişaf edir.

Poupovlar ailəsi deyir ki, Ponço alma və yerkökünü çox xoşlayır.

İslahat.az