16 Noyabr 2021
11:44
22286

Dünyanı gözləyən yeni təhlükə - Bu canlılar məhv ola bilər

Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) dünyada 1 milyondan çox bitki və heyvan növünün nəsli kəsilmək təhlükəsi ilə üzləşdiyini açıqlayıb.

İslahat.az xəbər verir ki, mərkəzi Cenevrədə yerləşən IUCN tərəfindən yayımlanan yazılı açıqlamada, nəsli kəsilmək təhlükəsi altında olan bitki və heyvan növləri ilə bağlı qiymətləndirmələr aparılıb.

Açıqlamada vəhşi təbiətdəki 8400 bitki və heyvan növünün həyat təhlükəsi altında olduğu, 30 minə yaxın növün isə qorunmadığı bildirilib.

Nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərin 2022-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Vəhşi Təbiəti Mühafizə Günündə gündəmə gətirilməsinin vacib olduğu qeyd olunan açıqlamada, "təxminlərə görə, dünyada bir milyon növ nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir” ifadəsindən istifadə edilib.

Hər il martın 3-də qeyd olunan BMT-nin Ümumdünya Vəhşi Təbiət Gününün 2022-ci il mövzusu bu səbəbdən "Ekosistemin yaxşılaşdırılması üçün vacib növlərin qorunması” olacaq.

İslahat.az