Dünyada koronavirusa yoluxanların ümumi sayı 9,2 milyon nəfəri ötüb.
İslahat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın məlumatına görə, dünyada ötən gün ərzində təhlükəli virusdan 5 336 ölüm aşkar edilib. Bununla da koronavirusdan ölən pasiyentlərin ümumi sayı 479 133 nəfər təşkil edir.
Son sutkada dünyada COVID-19-a 167 mindən çox yoluxma qeydə alınıb. Bununla da pandemiya ərzində koronavirusa yoluxanların sayı 9 296 202 nəfərə çatıb.
İslahat.az