26 İyun 2020
10:44
429

Dünyada koronavirusa yoluxanların sayı 9,2 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların ümumi sayı 9,2 milyon nəfəri ötüb.

İslahat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada ötən gün ərzində təhlükəli virusdan 5 336 ölüm aşkar edilib. Bununla da koronavirusdan ölən pasiyentlərin ümumi sayı 479 133 nəfər təşkil edir.

Son sutkada dünyada COVID-19-a 167 mindən çox yoluxma qeydə alınıb. Bununla da pandemiya ərzində koronavirusa yoluxanların sayı 9 296 202 nəfərə çatıb.
 
İslahat.az