24 May 2020
09:17
441

Dünyada koronavirusa yoluxanların sayı 5,4 milyona çatır

Dünyada 5,4 milyona yaxın insan COVID-19-la bağlı analizlərin müsbət nəticələrini alıb.

İslahat.az xarici mediaya istinadən bildirir ki, pandemiya ərzində virusa 5 397 305 yoluxma aşkarlanıb. Həmçinin 343 584 pasiyent koronavirusun qurbanı olub.

Bu halda COVID-19 infeksiyasından 2 236 294 insan sağalıb.

Hazırda 2 817 427 insan aktiv koronavirus xəstəsi hesab edilir. Onlardan 53 540 pasiyentin vəziyyəti ağırdır. 
 
İslahat.az