02 Sentyabr 2020
10:15
1868

Dünyada koronavirusa yoluxanların sayı 26 milyona çatır

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı sentyabrın 2-nə 25 904 164 nəfər təşkil edir. 861 251 nəfər vəfat edib.

İslahat.az xəbər verir ki, bu barədə "Worldometer" statistika saytında deyilir.

Sözügedən virusa yoluxma sayına görə dünya liderləri ABŞ, Braziliya və Hindistandır.

ABŞ-da indiyədək 6 257 571 nəfər insanda koronavirus aşkarlanıb. Virusdan ölənlərin sayı isə 188 900 nəfərdir.

Braziliyada bu göstəricilər müvafiq olaraq 3 952 790 və 122 681, Hindistanda isə 3 769 523 və 66 460 təşkil edir.

Siyahnın dördüncü yerində Rusiya qərarlaşıb. Bu ölkədə COVID-19-a 1 000 048 nəfər yoluxub, 17 299 nəfər ölüb.
 
İslahat.az