13 Avqust 2020
11:15
601

Dünyada koronavirusa yoluxanların sayı 20,8 milyon nəfəri ötdü

Dünyada COVID-19 virusuna yoluxanların sayı 20,8 milyon nəfəri ötüb.

İslahat.az Worldometer saytına istinadən xəbər verir ki, dünyada sutka ərzində 8 mindən çox yoluxma halı aşkarlanıb, 846 nəfər həyatını itirib.

Saytın son məlumatına əsasən, hazırda dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 20 806 248 nəfərə, ölənlərin sayı isə 747 257 nəfərə çatıb. Eyni zamanda, 13,7 milyondan çox insan COVID-19 xəstəliyindən sağalıb, 6 354 945 xəstənin müalicəsi davam edir.

İslahat.az