04 İyul 2020
10:03
158

Dünyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb

Dünyanın ayrı-ayrı ölkələrində COVID-19-a yoluxanların ümumi sayı 11 031 905 nəfərə çatıb.

İslahat.az xəbər verir ki, bu barədə ABŞ-ın yerli və federal hakimiyyət orqanlarının, KİV-in, habelə dünya ölkələrinin açıq informasiya mənbələri, statistikaları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Qeyd edilir ki, koronavirusun qeydə alındığı 213 ölkədə və bölgədə təhlükəli infeksiyadan ölənlərin ümumi sayı 523 777 nəfərə çatıb. Bununla yanaşı, pandemiya ərzində dünyada virusa yoluxmuş 5 834 337 pasiyent sağalıb.

İslahat.az