13 May 2020
09:40
459

Dünyada koronavirus qurbanlarının sayı 290 mini ötdü

Dünyada koronavirusa yoluxanların sayı 4 254 302 nəfərə çatıb.

İslahat.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatlarda federal, yerli hakimiyyət orqanları, KİV və başqa mənbələrlə hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Universitetin məlumatına görə, dünyada COVID-19-dan ölənlərin sayı 290 mini ötüb.

Dünyada koronavirusdan 291 334 insan ölüb, virusa yoluxmuş 1 483 198-dən çox insan sağalıb, COVID-19-a yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 4 254 302 nəfərə çatıb.
 
İslahat.az