16 Sentyabr 2021
15:20
21203

Dünyada ilk dəfə kosmosa tamamilə mülki heyət yollandı - FOTO/VİDEO

ABŞ-ın "SpaceX” şirkəti tamamilə mülki şəxslərdən ibarət olan heyəti kosmosa yollayıb.

Məlumata görə, heyətin olduğu "Crew Dragon” gəmisi "Falcon 9” raketi ilə Kanaveral burnundan (Florida, ABŞ) start götürüb.

Uçuşun təxminən üç gün davam edəcəyi gözlənilir.

 

Dünya kosmonavtika tarixində ilk dəfədir ki, kosmik heyətdə bir nəfər də olsun peşəkar kosmonavt yoxdur.

"Inspiration4” Missiyasına milyarder Cared Ayzekman, tədqiqatçı Sian Proktor, köməkçi həkim Heyli Arsenoks və ABŞ Hərbi Hava Qüvvələrinin (Hərbi Hava Qüvvələri) veteranı Kristofer Sembroski daxildir.