03 İyul 2020
10:33
206

Dünyada 10 533 779 nəfər koronavirusa yoluxub

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 176 mindən çox artıb.

İslahat.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 30-u saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 176 102 nəfər yeni koronavirusa yoluxub, 4 787 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 10 533 779, ölənlərin isə 512 842 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 5 312 792 yoluxma və 252 340 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 747 810, ölənlərin sayı isə 198 405 nəfərə çatıb.

 

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 096 565 yoluxma və 25 517 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

İslahat.az