16 Mart 2020
11:05
298

Dünya üzrə koronavirusla bağlı son göstəricilər - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı martın 16-na olan son statistik məlumatları və risk göstəricilərini yayımlayıb.

İslahat.az bildirir ki, təsdiqlənmiş yoluxma hallarının sayı artıb. Məlumatda deyilir ki, dünya üzrə yoluxma sayı ümumilikdə 157 ölkə/ərazi üzrə 169 610 nəfərdir. Son yoluxma sayı 192 nəfərdir. Onların içərisində 15-i yeni olmaqla 6518 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 77 776 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1600 nəfər yeni sağalanlardır.

İslahat.az