10 Avqust 2022
15:50
19056

Dünya şöhrətli Azərbaycanlı idmançı Rüstəm İmanzadə -Fotolar

Dünya şöhrətli Azərbaycanlı idmançı Rüstəm İmanzadənin qardaş ölkə Türkiyədə müalicəsi davam edir.

İslahat.az xəbər verir ki, beynəlxalq yarışda aldığı xəsarətdən sonra uzun müddətdir ki, idmandan ayrı düşən peşəkar atletimiz yenidən idmana qayıtmaq üçün əlindən gələni etdiyini deyib.

"Uzun bir yola çıxmışam, müalicə hər gün və saatlarla davam edir. Psixoloji cəhətdən mən artıq hazıram. Müalicədə öz təsrini göstərməyə başlayıb. Bu çətin yolda mənə dəstək olan insanlara və xüsusən Jalə xanıma və Fuad bəyə öz təşəkkürümü bildirirəm".

"Qısa zamanda yenidən idmana dönüb bayrağımızı bütün dünyada dalğalandırmağa davam edəcəm”- deyə Rüstəm İmanzadə bildirib.

İslahat.az