10 Noyabr 2021
13:01
20745

Dünya ölkələrinin hərbi güc reytinqi: Azərbaycan neçəncidir?

"Global Firepower” dövlətlərin hərbi gücünə görə yeni reytinqini açıqlayıb.

İslahat.az xəbər verir ki, 140 ölkənin yer aldığı reytinq hərbi güc, maliyyələşmə, maddi-texniki imkanlar da daxil olmaqla, ümumilikdə 50 fakt üzrə tərtib edilib.

İlk 5 yeri ABŞ, Rusiya, Çin, Hindistan və Yaponiya tutub.

Pakistan və Türkiyə ordusu 10 və 11-ci sıradadır. Ölkəmizin tərəfdaşı İsrail isə 20-ci yerdədir.

Azərbaycan bu sıralamada 63-cü sırada yer alıb.

Qoşularımız İran 14-cü, Gürcüstan 92-ci yerdə qərarlaşıb. Ermənistan isə 100-cüdür.

İslahat.az