08 Fevral 2019
14:30
1655

Dünya çempionu öldürüldü

Rusiyalı boksçu Aleksandr Kostromin öldürülüb. 

İslahat.az xəbər verir ki, onun cəsədi dünən Belqorod şəhəri yaxınlığında tapılıb. 

İdmançıya tapançadan 8 güllə açıldığı məlum olub. Cinayətkar avtomobili ilə hadisə yerindən qaçıb. 

Qeyd edək ki, 2014-cü ildə keçirilən dünya çempionatının qızıl medalçısı 16 fevralda Riqada baş tutacaq yarışa qatılmaq üçün Belqorodda hazırlıq keçirmiş.

İslahat.az