06 Noyabr 2021
15:38
21116

“DSMF-nin gəlir və xərcləri daha da şəffaflaşdırılmalıdır” - Hesablama Palatası

Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir potensialının və xərc istiqamətlərinin daha da şəffaflaşdırılması imkanlarının mövcud olması qənaətindədir.

İslahat.az xəbər verir ki, bu barədə Palatanın "DSMF-nin 2022-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənəddə qeyd edilib ki, qanun layihəsində gəlir mənbəyi kimi əks etdirilən "Sair gəlirlər” üzrə növbəti il üzrə müvafiq məbləğdə gəlir potensialı olacağı proqnozlaşdırılsa da, burada yalnız sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar əks etdirilib, digər istiqamətlər üzrə isə proqnoz göstəriciləri göstərilməyib.

Həmçinin, qanun layihəsində debitor borclar üzrə gəlir potensialının nəzərə alınması vəziyyəti ilə bağlı məlumatlar əks olunmayıb. Bu, həmin mənbə üzrə imkanlardan istifadə potensialını qiymətləndirmək imkanını məhdudlaşdırıb, fondun real gəlirlərinin müəyyənləşdirilməsi və bu istiqamətdə görülmüş tədbirlərin nəticəliliyini qiymətləndirməyə şərait yaratmayıb.

İslahat.az