14 Yanvar 2021
17:48
13165

Doğum günümün ən qiymətli, ən dəyərli hədiyyəsi... - Psixoloq Narınc Rüstəmova

Bu gün doğum gününü qeyd edən psixoloq Narınc Rüstəmova bununla bağlı şəxsi "Instagram" hesabında maraqlı paylaşım edib.

İslahat.az həmin paylaşımı təqdim edir: 

"Doğum günümün ən qiymətli, ən dəyərli hədiyyəsi... İşdə dünən oturduğum yerdə qapı açıldı və balalarım gəldi məni görməyə. Vətən müharibəsi qəhrəmanı, şəhidimiz, hərbi pilot, polkovnik-leytenant Ramiz Qasımovun gül balaları məni unutmadı. Onlarla tanışlığımız, aramızdakı sevgi bir başqadır. Mən bu diqqət qarşısında acizəm söz tapmağa. Çox duyğulandım, çox kövrəldim. Bir tərəfdən də ürəyi gözəl balalar yetişir deyə sevinc hiss etdim. Ağlı, tərbiyəsi, mədəniyyəti, davranışı ilə seçilən balaları böyüdüb, başa çatdıran Şəhid Atanın ruhu qarşısında baş əyirəm, Anaya minnətdaram!
Hələ-hələ gənc rəssam Gülanə qızımın narıncı gülləri çəkib, mənə hədiyyə etməsi dünyaları bağışladı mənə. Bu şəkil qəlbimin, otağımın ən baş guşəsində olacaq."
 
İslahat.az