27 Fevral 2019
12:19
663

Diplomatlar cəbhə bölgəsində

Azərbaycanda akkreditə olunan diplomatik korpusların rəhbərləri cəbhə bölgəsinə gediblər.  

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.  

XİN-in təşkilatçılığı ilə baş tutan səfərdə məqsəd Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı, turizm potensialı, turizm-xidmət sahələrinin müasir vəziyyəti ilə yaxından tanış olmaqdır.

İki günlük səfərdə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun 70-ə yaxın nümayəndəsi iştirak edir.

Diplomatlar Ağdam rayonu və Naftalan şəhərində olacaqlar. 

Səfər zamanı xarici diplomatların Ağdam rayonunda fəaliyyət göstərən muzey, müəssisə, mərkəzlər, o cümlədən, "Ağdam Xalçaçılıq” müəssisəsi, "Qarabağ Atçılıq” kompleksi, "Muğam Mərkəzi”, "Bayraq Muzeyi”, eləcə də "Bənövşələr” qəsəbəsi ilə tanış olması, növbəti gün isə Naftalan şəhərinin turizm potensialı ilə yaxından tanışlığı nəzərdə tutulur.
 
İslahat.az