24 Dekabr 2019
10:14
731

“Diplomatiya Akademiyası” layihəsinin bağlanış mərasimi keçirilib

"Loqos”-un Azadlıq filialında Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi tərəfindən başlanan "Diplomatiya Akademiyası” layihəsinin bağlanış mərasimi keçirilib.

İslahat.az xəbər verir ki, bağlanışda "Loqos” un rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin sədri Təranə Məmmədova, Binəqədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rauf Həsənov, teleaparıcı Saleh Bağırov, "İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin ("İMSİ” GİB) sədri Araz Əhmədov, təlimçi Rəşad Bayramov və layihəni uğurla başa vuran gənclər iştirak ediblər.

Əvvəlcə tədbiri aparıcı Ümidə Rəhimova açaraq tədbirin proqramı haqqında məlumat verib.

Sonra açılış nitqi ilə çıxış edən Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin sədri Təranə Məmmədova layihənin uğurla başa çatmasının əhəmiyyətini vurğulayıb və gəncləri təbrik edib.

Daha sonra Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin icraçı direktoru Leyla Rəhimova layihənin yekun hesabat təqdimatını edib.

Çıxış edən qonaqlar Binəqədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rauf Həsənov, teleaparıcı Saleh Bağırov, "İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin ("İMSİ” GİB) sədri Araz Əhmədov, təlimçi Rəşad Bayramov qalibləri təbrik edərək, gənclərə gələcək həyatlarında uğurlar arzu ediblər.

Çıxışlardan sonra layihə iştirakçılarına sertifikatlar, qaliblərə fəxri fərmanlar və pul mükafatı təqdim edilib.

İslahat.az