05 Yanvar 2021
15:04
10347

Diplomatik mənbə: “Azərbaycan-Ermənistan-Rusiya sammiti yanvarın ikinci ongünlüyündə baş tuta bilər”

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli görüş yaxın vaxtlarda Moskvada keçirilə bilər.

Bu barədə "İnferfaks” diplomatik mənbəyə istinadən məlumat yayıb.

"Rusiyada Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Rusiya Prezidenti ilə üçtərəfli görüşü planlaşdırılır”, - deyə diplomatik mənbə bildirib.

 

Onun sözlərinə görə, sammit yeni il tətillərindən sonra baş tuta bilər. Mümkün tarixlərdən biri isə 11 yanvardır.

"İnterfaks” bu informasiyanın rəsmi təsdiqinə malik deyil.

Bu Qarabağ müharibəsinin başa çatmasından sonra İlham Əliyev və Nikol Paşinyanın ilk görüşü olacaq.

 

İslahat.az