24 May 2020
17:29
255

“Dəstək Olaq” İctimai Birliyi və Buta.ws saytı aztəminatlı ailələrə Ramazan sevinci yaşadıb – FOTOLAR

"Dəstək Olaq” İctimai Birliyi və Buta.ws saytı Ramazan bayramı münasibətilə ərzaq yardımı edib.

İslahat.az bildirir ki, "Dəstək Olaq” İctimai Birliyi və Buta.ws saytı Ramazan bayramı münasibətilə ölkədə koronavirus (COVİD-19) infeksiyasına görə, evindən çıxa bilməyən və maddi baxımdan çətinliklə üzləşən ailələrə ərzaq ehtiyaclarını ödəmək məqsədilə yardım aksiyasını davam etdirib. Aksiya çərçivəsində 100-dən çox ailəyə ərzaq yardımı edilib.Aksiya ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, Prezident İlham Əliyevin çağırışlarına dəstək məqsədi ilə təşkil olunub.Yardım aksiyası çərçivəsində Bakının bir çox rayonunda yaşayan aztəminatlı ailələrə ərzaqlar paylanılıb.

Aztəminatlı ailələrin sevincinə şərik olmaqda dəstək olan Aygün İsmayıl Nüşabə Səfərovaya və Nuri Qəniyevə təşəkkür edirik.

İlkin Həsənov
 
İslahat.az