26 May 2022
12:09
15195

Deputat və başçı Goranboyda vətəndaşları qəbul edib

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Goranboy Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edib.

İslahat.az "Yeni Gündəm”-ə istinadən  xəbər verir ki, qəbul zamanı hər bir vətəndaşın müraciəti ayrı-ayrılıqda diqqətlə dinlənilib. Dinlənilmiş bütün müraciətlər qanuna müvafiq qaydada həll olunması məqsədi ilə qeydiyyata alınaraq nəzarətə götürülüb. İcra hakimiyyətinin və Milli Məclisin deputatının səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib. Üç saata yaxın davam edən qəbulda vətəndaşlar İcra başçısı və deputata istədikləri sualları verərək ətraflı cavablar alıblar.

Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

İslahat.az