04 Aprel 2022
12:27
21089

Deputat Saatlıda Tibbi müayinə aksiyasında iştirak etdi

Aprelin 2-də Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun arterial hipertoniya şöbəsinin müduru professor Tofiq Cahangirovun rəhbərliyi altında Saatlı rayonunda Şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyasına start verilmişdir.

İslahat.az "Yeni Gündəm”-ə istinadən xəbər verir ki, aksiya iki gün davam edəcək.

Həkim heyəti, YAP Saatlı rayon təşkilatının nümayəndələri və Saatlı rayonundan YAP millət vəkili Əziz Ələkbərli öncə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə qızılgül dəstələri qoymuşlar.

Sonra rayon mərkəzindəki Şəhidlər Xiyabanı ziyarət edilmiş, 31 Mart soyqırımı qurbanlarının, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılmış, abidələrin önünə tər qərənfillər düzülmüşdür.

Bundan sonra aksiya rayon mərkəzi xəstəxanasında davam etmişdir. Şəhid ailələrinə, qazilərə və onların ailə üzvlərinə professor Tofiq Cahangirov və onun rəhbərliyi altında çalışan həkim heyəti tərəfindən lazımi tibbi xidmətlər göstərilmişdir. Müraciət edənlərin müayinələri aparılmış, müalicələri təyin edilmiş, xəstələr dərman preparatları ilə təmin olunmuşdur.

Tibbi müayinə aksiyası aprelin 3-də davam edəcəkdir.

İslahat.az