16 Fevral 2021
13:52
16840

Deputat: “Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalana bilər”

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.

Bunu "Report”a açıqlamasında Milli Məclisin deputatı, komissiyanın üzvü Fazil Mustafa deyib.

 

O bildirib ki, toplantı videokonfrans formatında keçiriləcək:

"İclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq”.

"Komissiya indi toplanıb müraciətlərə baxırsa, demək Novruz bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən əfv sərəncamının imzalanması mümkündür”, - deyə F.Mustafa vurğulayıb.

 

İslahat.az