25 Yanvar 2022
15:58
21156

Deputat Goranboyda sakinlərlə görüş keçirib - FOTO

Milli Məclisin YAP-çı deputatı Anar Məmmədov Goranboy rayonunun 59-cu məhəllə adlanan yeni yaşayış massivində sakinlərlə görüş keçirib.

İslahat.az "Yeni Gündəm"-ə istinadən xəbər verir ki, görüşdə Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ağsaqqalları və ziyalıları, "Azəriqaz” İB-nin regional qaz idarəsinin rəisi Azay Muxtarov və rayon ictimaiyyəti iştirak edib.

Sakinlərlə görüş zamanı daha çox səsləndirilən problem yeni yaşayış massivinin qazlaşdırılması məsələsi olub. Deputat Anar Məmmədov da məsələnin həlli üçün "Azəriqaz” İB-nin direktoru Ruslan Əliyevə müraciət edib. Artıq 59-cu məhəllə adlanan yaşayış massivində qaz xəttinin çəkilişinə başlanılıb və 70 abonentin qaz xətti ilə təmin olunması məsələsi öz həllini tapır.

Anar Məmmədov da sakinləri bu münasibətlə təbrik edib, eyni zamanda ünvanlanan müraciətə operativ reaksiya verdiyinə görə "Azəriqaz” İB-nin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

Sakinlər də rayona göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.

İslahat.az