02 Fevral 2022
16:15
21891

Deputat gənc qazi müəllimi təbrik etdi - FOTO

Milli Məclisin YAP-çı deputatı Anar Məmmədov Goranboy rayonuna səfəri zamanı Vətən müharibəsi iştirakçısı olmuş qazi müəllim Əmrahov Ruslan Rəşid oğlunu ziyarət edib, onu yeni ilin gəlişi münasibətilə təbrik edib, ailənin qayğıları ilə maraqlanıb. Qazi müəllimin ailə üzvləri ilə görüşdə rayon ağsaqqalları və ziyalıları, Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak edib.

İslahat.az "Yeni Gündəm”-ə istinadən xəbər verir ki, görüş zamanı dövlətimizin şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açan Anar Məmmədov, qazi və şəhidlərin Vətən müharibəsində göstərdiyi rəşadətdən danışıb.
Qazi müəllim Ruslan Əmrahov da göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Qeyd edək ki, könüllü olaraq vətənin müdafiəsinə yollanan Ruslan Əmrahov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib.

İslahat.az