04 Aprel 2022
12:33
21141

Deputat Əziz Ələkbərli şəhid valideynləri və seçicilərlə görüşü

Aprelin 2-i və 3-də Saatlı rayonunda olan Milli Məclisin deputatı Əziz Ələkbərli şəhid valideynləri ilə görüşmüşdür.

İslahat.az "Yeni Gündəm”-ə istinadən xəbər verir ki, görüşdə şəhid valideynlərinin problemlərini dinlənilmiş, araşdırılmış, nəzarətə götürülmüşdür. Deputat səhid valideynləri və qazilərlə görüşlərin bundan sonra da mütəmadi keçiriləcəyini bildirmişdir.

Görüşdən sonra deputat Əziz Ələkbərli Saatlı rayon İcra Hakimiyyəti Aparatında olmuş, şəhid valideynləri və qazilərin qaldırdığı məsələləri birgə müzakirə etmişlər.

İslahat.az