27 Noyabr 2021
21:23
20213

Deputat: “Ermənistanın alternativ çıxış yolu yoxdur, Azərbaycanın şərtlərini icra etməyə məcburdur”

"Soçi görüşünün yekunlarında imzalanan üçtərəfli birgə bəyanatda əksini tapan müddəalar onu deməyə əsas verir ki, Ermənistan döyüş meydanında olduğu kimi danışıqlar masasında və diplomatiya müstəvisində də uduzur. Noyabrın 26-da  imzalanan birgə bəyanatı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatının məntiqi davamı kimi qəbul etmək olar.  Hər üç  bəyanatda  Ermənistan məğlub tərəf kimi üzərinə bir sıra öhdəliklər götürüb və həmin öhdəlikləri icra etməlidir. Lakin hər zaman olduğu kimi Ermənistan tərəfi ağır məğlubiyyətə uğramasına baxmayaraq, destruktiv mövqe sərgiləyərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyevin diplomatik məharəti nəticəsində  Ermənistan tərəfi danışıqlar meydanında da ağır məğlubiyyətə uğrayır. Soçi görüşü bunun növbəti nümunəsidir. Çünki imzalanan bəyanat  Azərbaycanın tam maraqlaırna cavab verən bir sənəddir”.

Bunu "Ölkə.Az”a açıqlamasında deputat Şahin İsmayılov deyib.


Soçi görüşünün  yekunlarını Azərbaycan diplomatiyasının Ermənistan üzərində  növbəti qələbəsi hesab edən deputatın sözlərinə görə, Ermənistan Soçi görüşünün yekunu olaraq  imzalanan birgə bəyanatda, bundan öncə 10 noyabr 2020-ci ildə, 11 yanvar 2021-ci ildə imzalanmış bəyanatlarda əksini tapan və icra olunmayan müddəaların  yerinə yetirməsi ilə bağlı öhdəliklər götürüb: "Odur ki bəyanatda konkret tələblər var və Ermənistan oradakı  bütün şərtlərini yerinə yetirməyə borcludur. Hansı ki həmin şərtlər Azərbaycanın maraqlarına cavab verir. Bunlardan birincisi, ölkələrin ərazi bütövlüyü və suverenliyi məsələsi, ikincisi, sərhədlərin demarkasiyası və delimitasiyası, üçüncüsü,  nəqliyyat dəhlizlərinin açılması ilə bağlı məsələdir.


Hansı ki bəyanatda əksini tapan bu üç əsas tələb Azərbaycan tərəfindən davamlı olaraq irəli sürülür, ancaq Ermənistan bu təlbələri icra etməmək üçün ən müxtəlif təxribatlara əl ataraq destruktivlik nümayiş etdirir. Ona görə də üçtərəfli görüşdə bu məsələlərin konkret həlli tərəflərin üzərinə öhdəlik kimi youlub. 


Prezident Putinin ilin axırınadək sərhədlərin delimitasiya və demarkasiyası mexanizminin yaradılması, həm də nəqliyyat dəhlizi ilə bağlı açıqlaması Azərbaycanın maraqları baxımından çox önəmlidir. 
Sərhədlərin delimitasiya və demarkasiya prosesi mexanizminin ilin sonuna qədər hazırlanması, ikitərəfli komissiyanın yaradılması ilə bağlı razılıq, nəqliyyat dəhlizlərinin açılmasının bəyanatda konkretliklə əks olunması, bu görüşün mühüm nəticələrindən biridir. Üçtərəfli bəyanatda "Azərbaycan-Ermənistan sərhədində stabilliyin və təhlükəsizliyin səviyyəsinin artırılmasına dair addımlar atmaq və işi Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyasına dair ikitərəfli Komissiyanın yaradılmasına, daha sonra sərhədlərin Rusiya Federasiyasının tərəflərin sorğusu əsasında göstərcəyi konsultativ dəstəklə demarkasiyasına aparmağı qərarlaşdırdıq” fikri artıq prosesin geridönməz xarakter aldığının göstəricisidir.


Rusiyanın bu məsələdə xəritələr və digər texniki formada iştirakçı olacağı gözlənilir. 


Eyni zamanda birmənalı şəkildə quru və dəmiryolu nəqliyyat dəhlizlərinin açılması ilə bağlı mövqe göstərir ki, Ermənistan geriyə addım ata bilməyəcək. Zəngəzur dəhlizi açılmalıdır. 
Təbii ki, Paşinyan hökuməti prosesi yenə də uzatmaqda maraqlı olacaq. Lakin Azərbaycanın dəyişilməz və prinsipial möveyi nəticəsində Rusiyanın da bəyanata əməl etməsinin vacibliyini Ermənistandan tələb etməsi, Paşinyana alternativ  çıxış yolu qoymur. Ermənistan   imzalanan bəyanatlarda imzalanan şərləti icra etmək məcburiyyətindədir”- deputat qeyd edib.