05 Aprel 2022
11:33
22521

Deputat Dəliməmmədlidə suvarma su problemini həll etdi

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə seçilən Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Dəliməmmədli şəhərində suvarma su probleminin həlli münasibətilə şəhər sakinləri ilə görüşüb. Görüşdə Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ağsaqqalları və ziyalıları iştirak edib.

İslahat.az xəbər verir ki, Dəliməmmədli şəhərində70-ə yaxın abonentin istifadə etdiyi su çəni yenidən restarvasiya və təmir-bərpa olunaraq sakinlərin istifadəsinə verilib. 

Xatırladaq ki, bir müddət bundan öncə Dəliməmmədli şəhər sakinləri yaşadıqları ərazidə həyətyanı torpaq sahələrinin suvarılması zamanı qarşılaşdıqları çətinliklə bağlımillət vəkilindən köməklik göstərilməsini xahiş etmişdilər.

Dəliməmmədli şəhər sakinləri də onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirib.

İslahat.az