24 İyun 2022
15:51
18587

Deputat: Bu səfər iki ölkə arasında, Türk Dövlətləri Təşkilatının həmrəyliyinin möhkəmləndirilməsinə böyük töhfə verəcək

Prezident İlham Əliyevin cari ilin 21 iyun tarixində Özbəkistan Respublikasına dövlət səfəri tarixi əhəmiyyətə malik olan bir səfər oldu. Bu səfər Azərbaycanın və Özbəkistanın çoxəsirlik tarixində, iki xalqın və dövlətin tarixində yeni bir səhifə açdı.

İslahat.az xəbər verir ki, bunu "Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsində sonra yeni geostrateji reallıqlar yaradan Azərbaycan yeni mərhələdə həm zəfəri siyasi-diplomatik müstəvidə möhkəmləndirmək, həm də qarşıda duran milli strateji hədəfləri reallaşdırmaq üçün mühüm tədbirlər həyata keçirir:

"Məhz bu , konteksdə Mərkəzi Asiya reqionunda yerləşən dost və qardaş Özbəkistana səfəri dövlət Başçımızın diplomatik müstəvidə növbəti uguru olmuşdur. Bu səfər ölkələrimiz arasında mövcud olan münasibətlərin dərinləşdirilməsinə və əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldilməsinə imkan verəcək. Bildiyiniz kimi , Özbəkistan Vətən Müharibəsi zamanı dost və qardaş ölkə kimi rəftar etmişdi və öz dəstəyini ifadə etmişdi. Tarixi Zəfərimizdən sonra isə ölkəmiz üçün prioritet olan məsələdə, azad olunmuş ərazilərin bərpa olunmasında da öz fəallığını nümayiş etdirir və hazırda Füzulidə məktəb tikintisini həyata keçirir.
Bununla yanaşı , Avrasiyada məkanında mühüm geosiyasi proseslər cərəyan etdiyi bir zamanda bu səfər həm də, türk dünyası üçün də yeni perspektivlər açıb. Azərbaycan və Özbəkistan yeni imkanlardan istifadə etməklə türk dünyasında həmrəyliyinin möhkəmlənməsinə, Türk Dövlətləri Təşkilatının inkişafına da mühüm töhfə verə bilər. Səfər zamanı bu fikirlər hər iki ölkə prezidentləri tərəfindən səsləndirilmişdir, xalqlarımızın dərin tarixi dini, mədəni köklərə malik olmaları vurğulanmışdır. Bu səfər həm iki ölkə arasında, həm də Türk Dövlətləri Təşkilatının həmrəyliyinin möhkəmləndirilməsinə böyük töhfə verəcək”, – deyə o bildirib.
O vurğulayıb ki, səfər zamanı 20-ə yaxın sənəd imzalanmış , razılaşmalar əldə olunmuşdur. "İmzalanan sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi sənaye, nəqliyyat, kommunikasiya, humanitar, siyasi dialoq,həmçinin hərbi-texniki əməkdaşlıq istiqamətində səmərəli təmasların və uğurlu iş birliyinin formalaşmasına imkan verəcək, xüsusilə ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında bəyannamənin imzalanması müttəfiqlik münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini şərtləndirir.
Dövlət başçısı bildirdi ki, "strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə gələcək fəaliyyətimizin yol xəritəsidir . Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib”.
Həmçinin, mühüm məsələrdən biri regional təhlükəsizlik və əməkdaşlıq üçün, eləcədə beynəlxalq təşkilatlar çərçivəsində ortaq siyasi iradə əsasında birgə fəaliyyətin bundan sonra da davam etdirilməsidir. Bildiyiniz kimi , ölkələrimiz bir çox beynəlxalq təşkilatların üzvləridir.
Dövlət başçısı bildirdi ki, təbii ki, "qarşılıqlı dəstək də olacaq – həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlər daimi diqqət tələb edir”, – deyə deputat əlavə edib.
Səfər hər iki ölkə Prezidenti tərəfindən yüksək qiymələndirilib. Səfər Özbəkistan Prezidenti tərəfindən "gələcəyə doğru sıcrayış”, Azərbaycan Prezidenti tərəfindən isə " tarixi səfər " adlandırılıb.

İslahat.az