20 May 2022
11:22
15249

Deputat Anar Məmmədov Vətən müharibəsi şəhidlərinin ailə üzviləri ilə görüşüb

Milli Məclisin deputatı Anar Məmmədov Vətən müharibəsi zamanı şəhid olan Faxralı kənd sakini Yusifov Kərim Həsrət oğlunun evində şəhid ailələrinin üzvləri ilə görüşüb.

İslahat.az xəbər verir ki, Goranboy rayonunun Faxralı kəndində keçirilən görüşdə şəhid ailələrinin üzvləri və qohumları ilə yanaşı, rayon ağsaqalları və ziyalıları, rayonun baş axundu iştirak edib. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla yad olunub və ruhlarına dua oxunub.

Şəhidin ailə üzvləri də göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

İslahat.az