26 Noyabr 2021
11:15
22386

Deputat Anar Məmmədov şəhid ailələrini ziyarət etdi - FOTO

96saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədovun Vətən müharibəsi şəhidlərinin anım günlərində Goranboy rayonunda şəhid ailələrini ziyarəti davam edir. Növbəti belə ziyarət Goranboy rayonu Dəliməmmədli şəhərində baş tutub. Ziyarətə deputat ilə yanaşı rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri də qatılıblar.

İslahat.az xəbər verir ki, ziyarətlərdə əsas məqsəd şəhid ailələrini yad etmək, dərdlərinə şərik olmaq, onları narahat edən problemlərinin həllini təmin etmək və mənəvi dəstək göstərməkdir. Şəhid Ələs Rüstəmovun ailəsini ziyarət etməmişdən öncə deputat şəhidin ruhuna hörmət əlaməti olaraq şəhid məzarını ziyarət etmiş, şəhidin ruhuna dualar oxunmuşdur.

Şəhid ailələri ilə keçən görüşlərdə Anar Məmmədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən Müharibəsində şəhid olanlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyib, belə qəhrəman övladlar yetişdirdikləri üçün ailələrinə minnətdarlığını bildirərək qazanılmış Zəfərdə misilsiz rolu olan şəhidlərin heç vaxt unudulmayacağını, dövlətin və xalqın daim onların yanında olduğunu bildirmişdir.

Deputat bildirib ki, şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Şəhid adını uca tutmaq isə hamımızın vətəndaşlıq borcudur.

Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə – Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildiriblər.

İslahat.az