28 Yanvar 2022
17:09
20404

Deputat Anar Məmmədov seçicilərini qəbul edib - FOTO

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anar Məmmədov Naftalan şəhərində vətəndaşları qəbul edib. Görüş zamanı Anar Məmmədov seçicilərin qarşılaşdığı problemləri, onları narahat edən məsələləri diqqətlə dinləyərək qeydlər götürmüş, həmin məsələlərin həlli üçün müvafiq tədbirlər görəcəyini diqqətə çatdırmışdır.

İslahat.az "Yeni Gündəm”-ə istinadən xəbər verir ki, müraciətlərin əksəriyyəti daha çox su problemi ilə bağlı məsələlər olub. Anar Məmmədov da ona ünvanlanan müraciətlərin həlli üçün köməkçisini Naftalan şəhəri Qasımbəyli kəndinə artezian quyularının vurulması mümkün ola bilən ərazilərə baxış və məlumat verilməsi üçün göndərib, həmçinin deputatın səlahiyyəti çərçivəsində mövcud problemin həlli üçün aidiyyatı qurumlara müraciət edəcəyini bildirmişdir.

Görüşdə bir qisim seçici artıq həllini tapmış məsələlərlə bağlı Milli Məclisin deputatı Anar Məmmədova dərin təşəkkürlərini ifadə ediblər.

Deputat görüşdə vurğulayıb ki, yalnız seçicilərin ona ünvanlanan müraciətlərini aidiyyatı qurumlara göndərməklə kifayətlənmir, eyni zamanda onların icra vəziyyətini də diqqətdə saxlayır.

İslahat.az