21 Yanvar 2020
12:59
657

Dəhşətli yanğın 11 can aldı

Rusiyanın Tomsk vilayətində yataqxanada yanğın baş verib.

TASS-ın yaydığı xəbərə görə, Asinovski rayonunda yanğın zamanı on bir əcnəbi vətəndaş həlak olub.

Onların yanğınsöndürənlər tərəfindən aşkar olunan meyitləri yanğın olan ərazidən çıxarılıb. Onlardan beşinin Özbəkistan vətəndaşı olduğu bildirilir.

Yaralanan iki nəfər yanğından xilas ola bilib. 

Məlumata görə, yataqxanada on dörd nəfər yaşayıb. Yanğının baş vermə səbəbləri və ölənlərin sayı müəyyənləşdirilir.

Hadisə ilə bağlı cinayət işi başlanılıb. 

İslahat.az