06 Yanvar 2020
11:15
982

Danimarkada ağacların üstündə qeyri-adi hotel açıldı - FOTO

Danimarkada ağaclıq içində qeyri-adi hotel açılıb.

İslahat.az xəbər verir ki, hotelin bircə nömrəsi hazır olduğuna baxmayaraq o artıq 70 dəfə bron edilib.

Sifarışçilər iki nəfərə bir gecəyə görə 2750 kron (685 manat) ödəməli olacaqlar. Qiymətə səhər yeməyi də daxildir.

Belə qeyri-adi hotelin tikintisinə sahibi Rasmus Libeki atası həvəsləndirib. Mehmanxana ona 1,5 milyon Danimarka kronuna (380 min manat) başa gəlib.  

Layihənin ərsəyə gəlməsində Avropa İttifaqı köməklik edib: budcədən sahibkara 400 min kron (100 min manat) ayrılıb.

İslahat.az