06 Yanvar 2020
10:43
729

Dağıstanda üç nəfər dəm qazından zəhərlənərək öldü

Dağıstanın Qızılyurt şəhərində dəm qazından zəhərlənmə nəticəsində üç nəfər ölüb.

İslahat.az xəbər veri ki, bu barədə yerli FHN-ə istinadən "RİA Novosti” xəbər verir.

Məlumata əsasən, ölənlər arasında 2018-ci il təvəllüdlü uşaq da olub.

Zəhərlənmə mənzildə nasaz baca ucbatından baş verib.

Dağıstan üzrə İstintaq Komitəsi faktla bağlı araşdırma aparır, hadisənin təfərrüatları dəqiqləşdirilir.

İslahat.az