17 Mart 2022
11:40
22478

Daha iki qazi nazirlikdə işlə təmin olundu

44 günlük Vətən müharibəsinin iki qazisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlə təmin olunublar.

İslahat.az xəbər verir ki, qurumdan verilən məlumata görə, Şixizadə Natiq Əbülfət oğlu və Bağırov Ceyhun Taleh oğlu Nazirliyin tabeliyindəki DOST İş Mərkəzinə işə qəbul olunub.

Hər iki qazi ölkəmizin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda şərəfli döyüş yolu keçib.

Qeyd edək ki, N.Şixizadə "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, C.Bağırov isə "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.

N.Şixizadə Mərkəzin İnsan resursları departamentində baş mütəxəssis, C.Bağırov isə mütəxəssis vəzifələrində işə başlayıblar.

Ümumilikdə hazırda DOST İş Mərkəzinin Aparatında 7 nəfər Vətən müharibəsi qazisi, 1 nəfər şəhid ailəsi üzvü çalışır.

İslahat.az