22 May 2020
13:11
455

Daha bir marşrut xətti “BakuBus”a verildi

"Transkontrol” MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut xəttinin ("Neftçilər” metrostansiyası - Səməd Vurğun bağı) fəaliyyəti nəzarətə götürülüb.

İslahat.az bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, keçirilən monitorinqlər nəticəsində "Transkontrol” MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb. 
 
İslahat.az