01 Oktyabr 2020
17:01
1567

Daha 9 şagirddə koronavirus aşkarlandı

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən İslahat.az-a bildirilib ki, 25 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 9 şagird və 8 işçidə koronavirus aşkarlanıb.

İndiyə qədər ölkə üzrə bir məktəb, 19 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.
 
İslahat.az