30 Sentyabr 2020
12:45
1600

Daha 7 şagirddə koronavirus aşkarlandı

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən İslahat.az-a bildirilib ki, 11 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. 

Daha 7 şagird və 1 işçidə koronavirus aşkarlanıb.

İndiyə qədər ölkə üzrə bir məktəb, 19 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib. 
 
İslahat.az