25 Mart 2020
11:21
214

Daha 40 min nəfər koronavirusa yoluxub

Ötən sutka ərzində bütün dünyada koronavirusa təxminən 40 min yeni yoluxma halı qeydə alınıb.

İslahat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyilir. Yoluxanların sayı 39 min 827, ölənlərin sayı isə 1722 nəfər artıb. Bununla da Covid-19 daşıyıcılarının sayı 422 min 829, virusdan dünyasını dəyişənlərin sayı 18 min 904 nəfər olub.

Məlumatda qeyd edilir ki, daha çox yoluxma faktı Avropa regionunda qeydə alınıb.

İslahat.az