26 Sentyabr 2020
16:27
1326

Daha 10 şagirddə koronavirus aşkarlandı

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

İslahat.az xəbər verir ki, Nazirliyin məlumatına görə, sentyabrın 24-də 51 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 10 şagird və 2 işçidə koronavirus aşkarlanıb.
 
İslahat.az